Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

İş mühitindә maaşınızın qaldırılmasını necә tәlәb etmәk olar?

İş mühitindә  maaşınızın qaldırılmasını necә tәlәb etmәk olar?

Mütәxәssislәrә görә әgәr maaşınızın qaldırılmasını istәyirsinizsә, mütlәq şәkildә bunu bir başa müdirә söylәmәk sәhv addımdır. Bunun әvәzinә belә fikrinizin olduğunu bildirmәli vә müdirinizә vaxt vermәlisiniz. Barbara Corcorana görә, "Seçdiyiniz sözlәrdә diqqәtli olmalısınız, çünki sözlәr sizi aşağı çәkә bilәr”. Әgәr öz müdirinizә birbaşa “Mәn maaşımın qaldırılmasını  istәyirәm” desәniz, bu olduqca ani bir davranış olaraq qәbul olunar. Bunun yerinә “Aldığım ödәnişin nәzәrdәn keçirilmәsini vә 2500 manat ilә 3000 manat arasında bir artım verilmәsi haqqında düşünmәyinizi istәyirәm“ desәniz daha mәqsәdә uyğun olar

Empatiya, Rәğbәt

Mütәxәssislәrә görә müdir ilә  görüşә  getmәzdәn әvvәl özünüzü onun yerinә qoymanız mütlәqdir. Maaşınızın qaldırılması fikrinin yalnız müdirә aid olmadığını, hәmçinin bunun şirkәt qәrarı da olduğunu fikirlәşmәlisiniz. Sözsüz ki, bәzi hallarda müdir bu tәkilifinizlә razılaşmaya bilәr. Geyim firması FUBU-nun qurucusu olan Daymond Con isә işçilәrinin rәqәmә әhәmiyyәt vermәlәrinin  lazım olduğunu dilә gәtirәrәk "Hәmişә  rәqәmlәr mövzusunda düşünmәlisiniz, çünki müdir hәmişә  rәqәmlәr mövzusunda düşünәcәk " deyir.

Müzakirә zamanı müdir ilә üzbәüz  oturduğunuzda özünüzdәn әmin olmalısınız vә fikirlәrinizi çәkinmәdәn, düzgün seçilmiş sözlәrlә ifadә etmәlisiniz. 


0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Scroll to Top