Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

Müştәrilәr

Müştәrilәr bizim şirkәtimizi maliyyәlәşdirirlәr, hesablarını ödәyir, eyni zamanda bizi әmәk haqqı ilә tәmin edirlәr. Ona görә dә biz onların qayğısına qalmalıyıq. Bunu biz etmәsәk, çox güman ki,  rәqiblәrimiz edәcәk.

Biznesinin inkişafı üçün hәr bir şirkәt müştәrilәrinin dәyişәn tәlәblәrini başa düşmәli vә onları ödәmәlidir.  Müştәrilәrin maraqlarını birinci yerә qoymaqla biz onların etimadlarını doğrulda bilәrik vә gәlәcәkdә onlarla iş  birliyi qura bilәrik. Müştәrilәri, hәtta onlar böyük şirkәt olsalar belә, bir fәrd kimi qәbul etmәk lazımdır. Müştәrilәrin tәlәblәri daim dәyişә bilәr. Müştәrilәrimizi  vә  onların biznesinә tәsir edә bilәcәk dәyişikliklәri/hadisәlәri izlәmә, müşahidә, tәhlil etmәklә bir müştәri xidmәti göstәrәnlәr kimi biz öz işlәrimizi müvafiq olaraq onların  yeni tәlәblәrinә cavab verә bilmәk üçün  planlaşdıra bilәrik. Mәhz bu halda әmin ola bilәrik ki, müştәrilәrimizin tәlәblәrinә cavab verә bilmәdiyimiz üçün onun başqasına müraciәt etmәsi vә ya başqa rәqibimizin müştәrimiz üçün daha yaxşı mәhsul vә xidmәt göstәrmәsi tәhlükәsi yoxdur.

Öz işlәrinizi müştәrinin nöqteyi-nәzәrindәn tәhlil etmәyә çalışın. Müştәriolduğunuz halda özünüzә qarşı necә münasibәt görmәk istәdiyinizi tәsәvvür edin. Özünüzә, sizinlә vә ya komandanızla iş gördükdәn sonra müştәriniz Sizdәn necә tәәssüratlarla ayrılacağı sualını verin?

Müştәrilәr biznesinizin “qanıdır”. Onlara komandanızın bir üzvü kimi yanaşmağa çalışın. Müştәrilәrә kәnar şәxs kimi baxmayın. Әksinә, hәr iki tәrәf üçün uzunmüddәtli qarşılıqlı etibar vә әlaqәlәr qurmağa çalışın. Müştәrilәrә xidmәt edәn hәr bir әmәkdaşın  uzunmüddәtli әmәkdaşlığın qurulmasında rolu var. Unutmayın ki, müştәrinin inamı möhkәm vә sarsılmaz olmalıdır. Müştәrilәrinizә sizin mәhsulunuzdan vә ya xidmәtinizdәn yalnız bircә dәfә istifadә edәcәk şәxs kimi yanaşmaqdan qaçın. Mәhz sonrakı sifarişlәrdәn,  gәlir götürәcәyimizi  unutmayaq.

Alqı-satqı zamanı müştәrilәrinizә qiymәt/qazanc tәhlilini etmәkdә kömәklik göstәrin. Hәr bir müştәriyә ona qiymәt verdiyinizi, minnәtdar olduğunuzu vә sizin üçün çox vacib şәxs olduğunu hiss etdirmәyә çalışın.

Ardı var

 

 


0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Scroll to Top