Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

Korporativ mәdәniyyәt

 

 

Korporativ mәdәniyyәt dedikdә nә başa düşülür?

Korporativ mәdәniyyәt mövzusu bir sıra suallar doğurur. Biz mәdәniyyәtlәri tanıya/müәyyәn edә bilirikmi? Mәdәniyyәt strategiya ilә müәyyәn olunur? Mәdәniyyәtlәr necә idarә olunur vә yaxud dәyişdirilir? Bu suallara düzgün cavab vermәk üçün mәdәniyyәt anlayışını açıqlamaq vә onun tәşkilatların fәaliyyәtinә tәsirini araşdırmaq lazımdır.

Mәdәniyyәt tәşkilat üzvlәrinin bölüşdüyü vә yeni üzvlәrә onların özlәrini hiss etmәlәri, düşünmәlәri vә davranmalarının düzgün yolu kimi tәlqin edilәn dәyәrlәr, normalar, inanclar vә anlayışlar mәcmusudur. O, tәşkilatın yazılmamış, hәssas bir tәrkib hissәsidir. Hәr kәs mәdәni proseslәrdә iştirak edir, lakin ümumilikdә mәdәniyyәtin özü hiss edilmir. Yalnız әsas mәdәni normalar vә dәyәrlәrә zidd olan yeni strategiya yaxud proqramlar tәtbiq etmәk cәhdlәri zamanı menecerlәr mәdәniyyәtin gücü ilә üzlәşmәli olurlar.

Tәşkilatlar müxtәlif mәdәniyyәtlәrin daşıyıcılarıdırlar. Onlar öz sahәlәrindә uğur әldә etmәlәrindәn, işçilәrin işlәrindәn mәmnun olmalarından asılı olmayaraq, müxtәlif korporativ mәdәniyyәt nümayiş etdirirlәr. Bu özünü işçilәrin geyim mәdәniyyәtindә әks etdirә bilәr (mәsәlәn, Pataqoniya vә Exxon Mobil şirkәtlәri müvәffәqiyyәtli şirkәtlәr hesab olunmaqla yanaşı, insanların davranışı vә gündәlik işgüzar fәaliyyәtin hәyata keçirilmәsi sahәsindә müәyyәn formalaşmış dәyәrlәr mәcmusuna malikdirlәr. Hәr iki şirkәtdә müxtәlif geyim mәdәniyyәtlәrinin mövcud olmağına baxmayaraq, işçilәr olduqları yerlәrindәn mәmnundurlar vә özlәrini daxilәn rahat hiss edirlәr).

     Güclü mәdәniyyәtlәr tәşkilata hәm pozitiv, hәm dә neqativ ola bilәcәk ciddi tәsirlәr göstәrә bilәr. Belә ki, әmәkdaşlığın yüksәk dәyәrlәri, işçilәrin vә müştәrilәrin qayğısına qalmaq vә “hәr kәs biri üçün, biri hәr kәs üçün” yanaşması tәşkilatı çoxşaxәli biznes münasibәtlәrindә istehsal gücünü, keyfiyyәti vә müştәri xidmәti sahәsindәki mәqsәdlәrini daim nәzarәt altında saxlamağa mәcbur edәcәkdir. Pozitiv mәdәni normalar şirkәti nә qәdәr güclәndirmәk bacarığına qadirdirsә, әksinә neqativ mәdәni normalar ona bir o qәdәr ziyan yetirә bilәr.


0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Scroll to Top