Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

"Müştәri xidmәti"

 

Müştәri xidmәti

Şirkәtlәrdә müştәri xidmәtinin sәviyyәsi, müştәri sadiqliyi (loyallığı), şirkәtin nüfuzu vә perspektivin artması şirkәtdә hәyati vacib әhәmiyyәt kәsb edir. Yәni yüksәk sәviyyәli müştәri xidmәtinә sahib olan şirkәt yüksәk müştәri mәmnunluğu әldә edәcәk vә nәticә etibarı ilә bu da onun gәlirlәrinә birbaşa tәsir göstәrәcәkdir.

Tәlimin mәqsәdlәri

“Müştәri xidmәti” tәlimindә iştirak etmәklә iştirakçılar aşağıdakıları әldә etmә imkanı qazanacaqlar:

 

  • Müştәriyә xidmәt zamanı şәxsi motivasiyanın sәmәrәliliyinin fәrqindә olmaq vә onun xidmәtin keyfiyyәtinә tәsirini bilmәk
  • Yüksәk vә aşağı sәviyyәli müştәri xidmәtlәrini qiymәtlәndirmәk bacarığı
  • Müştәrilәrin ehtiyac vә tәlәblәrini yüksәk sәviyyәdә yerinә yetirә  bilmәk
  • Müsbәt yanaşma tәrzinә psixoloji tәsirlәr
  • “Öncә Müştәri” strategiyası vә mәdәniyyәtini inkişaf etdirmәk
  • Müştәrilәrin şirkәtlәri tәrk etmә sәbәblәrindәn xәbәrdar olmaq

 

Tәlimdәn kim bәhrәlәnәcәk

Yüksәk müştәri mәmnuniyyәti qazanmağı vә müştәri sayını artırmağı hәdәflәyәn istәnilәn şәxs.

Tәtbiq edilәn metod

GDG Professionals tәlimin iştirakçılar tәrәfindәn mükәmmәl mәnimsәnilmәsi, onların yaddaşlarına hәkk olunması vә nәticә olaraq öz fәaliyyәtlәri ilә şirkәtlәrinә daha çox dәyәr qata bilmәlәri üçün unikal yanaşma vә peşәkar metodlardan istifadә edir.

Bizim peşәkar tәlimçilәrimiz, o cümlәdәn iştirakçıların öyrәnmә üslublarını/tiplәrini vә tәlimә müvafiq qaydada adaptasiya olunmalarını nәzәrә alırlar.

Tәlim interaktiv olmaqla (“әqli hücum”, qrup şәklindә müzakirәlәr, “case-study”lәr) iştirakçıların öz düşüncәlәrini bölüşәrәk tәhlil vә müzakirәlәrini tәmin edәcәk formada tәşkil edilmişdir.

Tәlimin müddәti: 2 gün

Başlanma saatı: 9:00

1.Fasilә : 10:00-10:15

2.Fasilә : 11:30-11:45

Bitmә saatı: 13:00

Korporativ sifarişlәr olduğu tәqdirdә tәlimin vaxtı sifarışçinin istәyi әsasında günün ikinci hissәsinә razılaşdırıla bilәr.

Tәlimin keçirilmә ünvanı

GDG Professionals şirkәtinin ofisi: Bakı şәh, Nobel prospekti 15, Azure biznes mәrkәzi, 9cu mәrtәbә, 50-ci ofis

Müştәrinin ofisi (müştәrinin istәyindәn asılı olaraq)


yazıl

0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Tәlimә yazılmaq

Tәlimә yazılmaq üçün sistemә daxil olmalısınız.

Scroll to Top