Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

Strategiya nәdir?

Strategiya nәdir? Strategiya gәlәcәyin formalaşmasıdır. Korporativ strategiya isә şirkәtin gәlәcәyinin formalaşmasıdır. Strategiya mәqsәd vә ambisiyalara nail olmaq üçün istifadә edilir. İki şey arasında hәrәkәt edilir:1) hara getmәk istәyi; 2) istәnilәn yerә çatmaq üçün nә etmәli. Böyük strategiya öz gәlәcәyinizi formalaşdırmaq üçün әn qısa yoldur.

Çizkeyk fabrikinin uğurlu strategiyasını nümunә kimi nәzәrinizә çatdırırıq.

Çizkeyk fabriki bir milyard dollarlıq korporasiyaya çevrilmişdir. Onun uğur üçün vasitәsi kiçik strateji hissәlәrdәn ibarәtdir. Tәsisçi adi yemәk zamanı menyudakı çeşidlәri artıraraq özәl bir konsepsiya yaratdı vә o, әn yaxşı çizkeyki hazırlaya bildi. Onlar öz  müştәrilәrinә әn yaxşı xidmәt göstәrmәk istәyirdilәr, buna görә dә hәr bir işçinin yalnız tәlimi üçün 2000$ sәrf etdilәr.

Bunlar strateji qәrarlardır. Öncәdәn planlaşdırılmadığına baxmayaraq, bu qәrarlar tәsadüfi dә deyildir. Bunlar ümumi strategiyanın hissәlәridir. Bu qәrarlar rәqabәtcil mühit formalaşdırır vә tәqlidin qarşısını alır. Bunlar gәlәcәyi sәrmayәçilәr, rәhbәrlik vә işçilәr üçün arzuolunan vә inandırıcı vasitәlәrlә formalaşdırır.

Mәqsәd

Hәr bir tәşkilatın gәlәcәyinin formalaşdırılmasına hәr kәs cәlb edilir. Strategiya tәşkilat daxili vә tәşkilatdan kәnar onun uğuruna tәsir edәcәk hәr bir şeyi hesaba alır. Strateji düşünәn şәxs tәşkilatın gәlәcәyi üçün әla imkanlara vә tәhlükәlәrә baxır.

Gәlәcәyi formalaşdırmaq düşüncә, planlaşdırma vә yolda qarşıya çıxan hadisәlәrә verilәn reaksiyaların vәhdәtini tәlәb edir. Aşağıdakılar әsas strateji suallardır:

  • Biz nә etmәk istәyirik?

  • Biz nәyin mümkün olduğunu düşünürük?

  • Biz öz mәqsәdlәrimizә nail olmaq üçün nә etmәliyik?

  • Biz nә vaxt yeni imkanlara reaksiya vermәli vә planlara uyğunlaşmalıyıq?

Biz nә etmәk istәyirik?

Bu istәnilәnin nә olduğu hissini yaradır. Tәşkilatlar ümumi mәqsәdin olmasına yönümlüdürlәr. Bәzәn mәqsәd çox aydın vә әvvәlcәdәn düşünülmüş olur; bәzәn isә tәşkilatın mәqsәdi ikimәnalı, qeyri-dәqiq olur. Burada  “tәşkilat nә üçündür” vә “o, nә etmәlidir” barәdә müxtәlif fikirlәr ola bilәr. Bu fikirlәr bir-biri ilә mübarizә apara vә yarışa bilәrlәr. Bütün bunlar strateji düşünәnin maraqlarıdır.

Biz nәyin mümkün olduğunu düşünürük?

Bu, praktikliyi tәqdim edir. Siz  tәşkilatda olan vә ya qazanıla bilәn vasitәlәrlә tәzad tәşkil edәn imkanlara baxırsınız. İmkanlara baxmaq keçmişdә nә edildiyindәn әlavә gәlәcәkdә nәyin mümkün olduğunu daha yaxşı görmәyә şәrait yaradır. Başqalarının nailiyyәtlәri vә texnologiyadakı istiqamәtlәri vә istehlakçıların arzuları sizin şirkәtinizә növbәti hansı addımı atmağa imkan verir?

Biz öz mәqsәdlәrimizә nail olmaq üçün nә etmәliyik?

Bura tәşkilatın ümumi mәqsәdlәrinә nail olmaq üçün zәruri strateji addımlar aiddir. Bura rәhbәrlik üslubu, elәcә dә tәşkilatın strukturu vә prosesi, tәşkilatın mәqsәdinә nail olmaq üçün hәyata keçirilmiş layihәlәr, tapşırıqlar, rollar, mәhsullar vә xidmәtlәr daxildir. İdeal olaraq, bu tәdbirlәr az vә ya çox dәrәcәdә birlikdә hәrәkәt edir, belәki әsas olan nәticәdir.

Biz nә vaxt yeni imkanlara reaksiya vermәli vә planlara uyğunlaşmalıyıq?

Bizim gәlәcәyә baxışımız natamamdır. Öz planlarımızı yazanda vә ya ümumi mәqsәdimizi qәrarlaşdıranda biz hәqiqәtәn dә növbәti nәyin baş verәcәyini bilmirik. Mövcud strategiyaya gedәn yolu çәtinlәşdirәn kiçik vә ya böyük hadisәlәrin baş vermәsi tәbiidir. Bizim әvvәlcәdәn fikirlәşdiyimizdәn dә böyük, yaxşı vә ya sadәcә fәrqli olan yeni imkanlar üzә çıxacaqdır.  

 

 

 


0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Scroll to Top