Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

Hedhantinq/İşәdüzәltmә

 

Hedhantinq/İşәdüzәltmә - Vakansiya

GDG Professionals şirkәti öz nailiyyәtlәrini reklam etmәyәn bir şirkәtdir.   Göstәricimiz,  işimizin keyfiyyәti bizim şirkәtlәrә öz töhfәlәrini vermiş vә yüksәk nәticәlәr göstәrmiş namizәdlәrimizin fәaliyyәtlәri, işlәdiklәri şirkәtlәrә qatdıqları dәyәrlәrdir.  GDG Professionals şirkәtinin tәqdim etdiyi namizәdlәrin qısa müddәt әrzindә karyeralarında rәhbәr vәzifәlәrә yüksәlişlәri bir daha şirkәtimizin peşәkarlığını tәsdiqlәyir. Azәrbaycan işgüzar dünyasında GDG Professionals şirkәtinin yüksәk vә orta vәzifәlәrә namizәdlәr tәqdim etmәdiyi  çox az sayda holdinq vә ya şirkәt mövcuddur.

GDG Professionals şirkәtinin Hedhantinq vә işәdüzәltmә sahәsindә uğurunun sirri nәdәn ibarәtdir? 

Biz sadәcә vakansiyanı işçi ilә tәmin etmәk mәqsәdi güdmürük, öz işimizi 3 R prinsipi (düzgün şәxs, düzgün vaxtda düzgün vәzifәyә/ right person for right position at right time)  vә hәr bir tәrәf üçün faydalı olması üzәrindә qururuq. Hedhantinq vә işәdüzәltmә sahәsindә bizim әsas mәqsәdimiz hәr iki tәrәfin - hәm dәyәrli müştәrilәrimizin, hәm dә namizәdlәrin – tәlәb vә ehtiyaclarını ödәmәkdәn ibarәtdir.

İşgüzar alәmdә ilk hedhantinq vә işәdüzәltmә şirkәti olaraq GDG Professionals fәaliyyәt göstәrdiyi müddәt әrzindә hәm namizәdlәrin, hәm dә müştәrilәrin etibarını qazanmışdır. Qarşılıqlı inam vә etibar münasibәtlәrinә әsaslanaraq biz, namizәdlәr bazasını geniş әhatә dairәmiz hesabına güclәndirir vә bu sahәdә fәaliyyәtimizi peşәkar fәrdlәrin hedhantinqi vә işәdüzәldilmәsi üzәrindә qururuq.  GDG Professionals şirkәtinin hedhantinq vә işәdüzәltmә xidmәti yalnız ölkә sәrhәdlәri ilә mәhdudlaşmır; biz yerli şirkәtlәrә ölkә kәnarından mütәxәssislәrin cәlb edilmәsini vә ya xaricdә yerlәşәn hәr hansı bir şirkәtә peşәkar namizәdlәrin tәqdim edilmәsini tәmin edirik.

Peşәkar heyәtimiz vә unikal müsahibә metodumuıza әsaslanaraq namizәdlәrin gizli (namizәdә aşkar olmayan vә işәgötürәn tәrәfindәn müәyyәn edilә bilmәyәn) potensialları müsahibә zamanı aşkar edilir vә hәm namizәdlәr, hәm dә işәgötürәn namizәdin müvafiq karyera imkanları barәdә (vәzifә dәyişikliyi dә daxil olmaqla) mәlumatlandırılırlar.

GDG Professionals öz müştәrilәrini keyfiyyәtli namizәdlәrlә tәmin etmәklә yanaşı, hedhantinq vә işәdüzәltmә sahәsinә şirkәtin Baş Direktoru Gülzar Quliyevanın müәllifi olduğu “160 müsahibә sualı vә cavabı sizin peşәkarlığınız vә müvәffәqiyyәtiniz üçün” kitabı vasitәsi ilә dә öz töhfәsini vermişdir.  Kitab müsahibәlәrin peşәkar keçirilmәsini tәmin etmәk - hәm müsahibә edәn mütәxәssislәri, hәm dә namizәdlәri dәstәklәmәk mәqsәdi ilә yazılmışdır.

Qısa müddәt әrzindә şirkәtinizdә istәnilәn vakansiyanı müvafiq namizәdlә tәmin etmәk istәyirsinizsә, bizә müraciәt edәrәk xidmәtlәrimizdәn faydalana bilәrsiniz.

 

Scroll to Top