Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

İdarәetmә üzrә Mәslәhәt

İdarәetmә üzrә Mәslәhәt

GDG Professionals şirkәti dövlәt vә özәl sektorda yüksәk sәviyyәdә kompleks işgüzar problemlәr üzrә müstәqil mәslәhәtlәr verir.  Biz tәcrübәmizә inanaraq mәslәhәtimizlә tәkcә mәsәlәnin hәllinә deyil, hәm dә onun real faydasını tәmin edәcәyimizә zәmanәt veririk.

Biznes üzrә idarәetmә sahәsindә tәklif etdiyimiz mәslәhәt xidmәti çәrçivәsindә biz müştәrilәrimizi bir çox çәtinliklәrdәn azad edәrәk onları müsbәt nәticәlәrlә tәmin edirik.  Biz, tәşkilati biznes dәyişikliklәrinin tәtbiqi vasitәsi ilә әldә olunan keyfiyyәt vә sәmәrәlilik hesabına müştәrilәrimizin fәaliyyәtlәrinә  real olaraq dәyәr qatacaq hәll yollarını, yanaşmaları planlaşdırır, hazırlayır vә müştәrilәrimizә tәqdim edirik.

GDG Professionals şirkәtlәrin imkanlarını artırmaq mәqsәdi ilә mövcud struktura әlavәlәr vә müvafiq dәyişikliklәr edir vә ya yenidәn qurur,  yaxud şirkәtin ümumi istiqamәt vә hәdәflәri ilә uyğunluq tәşkil edәn yeni fәaliyyәtlәr tәqdim edir.

Biz, adәtәn olduğu kimi, şirkәtlәrin korporativ baxışılarının vә strategiyalarının reallığa müvafiq dәyişdirilmәsinin onların bizneslәrinә stimullaşdırıcı vә ya dağıdıcı tәsir göstәrә bilәcәyinin fәrqindәyik.  Mәhz buna görә biz, dәyişikliklәrin müvәffәqiyyәtli tәtbiqini tәmin etmәk mәqsәdi ilә şirkәtlәri istiqamәtlәndirir, tәlimatlandırır vә onlara bu istiqamәtdә yeni xidmәtlәr tәklif edirik.  Bizim tәcrübәli mәslәhәtçilәrimiz strateji tәhlillәr nәticәsindә daha çox fayda әldә etmәyә imkan verәcәk layihә vә proqramlara üstünlük vermәklә, müştәrilәrә biznes portfellәrini tәkmillәşdirmәk vә tәtbiq etmәk üçün keyfiyyәtli kouçinq verir vә tәlimatlandırırlar.

Şirkәtimiz müştәrilәrin öz bizneslәrinә idarә olunan dәyişikliklәr gәtirmәlәri üçün proqram vә layihә idarә etmәsi üzrә dә mәslәhәtlәr verir vә hәtta bütöv proqram idarә edilmәsi üzrә heyәt ilә tәmin edir.

GDG Professionals diqqәti müştәri mәqsәdlәrinin yalnız nәzәri baxımdan hazırlanmasına deyil, mövcud vaxt, büdcә vә keyfiyyәt çәrçivәsindә müvәffәqiyyәtlә icra olunmasına yönәldir.

 

Scroll to Top