Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

"Peşәkar işgüzar yazışma"

 

 

 

Peşәkar işgüzar yazışma

İnformasiya texnologiyalarının dayanmadan inkişaf etdiyi bir dövrdә insanlar mәsafәlәrdәn asılı olmayaraq bir-birlәrini görmәdәn ünsiyyәt saxlayır, işgüzar münasibәtlәr qururlar. Bu halda onlar barәdә yaranan tәәssürat vә nüfuz onların yazı tәrzlәrindәn, fikirlәrini sözlәrә çevirmә üslublarından asılı olur. Katibәlәr üçün telefon danışıqlarında sәslәrini düzgün istifadә etmә bacarığı önәmli olduğu qәdәr, işgüzar alәmdә peşәkar yazı tәrzi dә vәzifәsindәn asılı olmayaraq hәr kәsә eyni dәrәcәdә önәmlidir.

Әslindә işgüzar fәaliyyәtin әsas hissәsi daha çox yazışma vasitәsilә aparılır. Artıq qәbul olunmuşdur ki, bir dәfә görüşüb müәyyәn mәsәlәlәri müzakirә etdikdәn sonra iş adamları razılığa gәldiklәri mәqamları yazışma vasitәsilә tәsdiq edirlәr. Peşәkar işgüzar yazışma bacarığına yiyәlәnmәklә siz, fikirlәrinizә inam yaradacaq, özünüz barәdә peşәkar fikir formalaşdırmış olacaqsınız.

Tәlimin mәqsәdlәri

“Peşәkar işgüzar yazışma” tәlimindә iştirak etmәklә iştirakçılar aşağıdakıları әldә etmә imkanı qazanacaqlar:

 

  • Yazının növlәri
  • İşgüzar yazışmanın xüsusiyyәtlәri
  • İşgüzar yazışmada yol verilәn ümumi sәhvlәr
  • Sәmәrәli işgüzar yazışma üsulları

 

Tәlimdәn kim bәhrәlәnәcәk

İşgüzar yazışma bacarığını tәkmillәşdirmәklә әmәkdaşların, rәhbәrliyin, müştәrilәrin etibar vә rәğbәtini qazanmaq üçün peşәkar yazışma bacarığı әldә etmәkdә maraqlı olan istәnilәn şәxs.

 

Tәtbiq edilәn metod

GDG Professionals tәlimin iştirakçılar tәrәfindәn mükәmmәl mәnimsәnilmәsi, onların yaddaşlarına hәkk olunması vә nәticә olaraq öz fәaliyyәtlәri ilә şirkәtlәrinә daha çox dәyәr qata bilmәlәri üçün unikal yanaşma vә peşәkar metodlardan istifadә edir

Bizim peşәkar tәlimçilәrimiz, o cümlәdәn, iştirakçıların öyrәnmә üslublarını/tiplәrini vә tәlimә müvafiq qaydada adaptasiya olunmalarını nәzәrә alırlar.

Tәlimdә tәtbiq edilәn metodlar (“әqli hücum”, qrup şәklindә müzakirәlәr, “case-study”lәr) interaktiv olmaqla iştirakçıların öz düşüncәlәrini bölüşәrәk tәhlil vә müzakirәlәrini tәmin edәcәk formada tәşkil edilmişdir.

GDG Professionals şirkәtinin ofisi: Bakı şәh, Azure biznes mәrkәzi, 9cu mәrtәbә, 50-ci ofis

 


yazıl

0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Tәlimә yazılmaq

Tәlimә yazılmaq üçün sistemә daxil olmalısınız.

Scroll to Top