Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

"Problem hәlletmә"

 

Problem hәlletmә

Problem hәlletmә vә qәrar qәbul etmәnin bir çox üsulları mövcuddur. GDG Professionals şirkәti tәrәfindәn tәqdim edilәn "Problem hәlletmә" tәlimi özündә әqli hücum, İşikava, SWOT tәhlil, Zehin Xәritәsi kimi bir sıra metodları birlәşdirir. Tәlim real problemlәrin hәlli üzәrindә qurulmaqla iştirakçıların tam cәlb edilmәsini tәmin edәcәk formada işlәnib hazırlanmışdır.

Tәlimin mәqsәdlәri    

“Problem hәlletmә bacarığı” tәlimindә iştirak etmәklә iştirakçılar aşağıdakıları әldә etmә imkanı qazanacaqlar:

  • Problem hәlletmә prosesini mükәmmәl şәkildә mәnimsәmәk
  • İşdә yaranan müxtәlif vәziyyәtlәrә tәtbiq oluna bilәcәk müxtәlif növ hәlletmә metodları

 

Tәlimdәn kim bәhrәlәnәcәk

Qәrar qәbul etmәk vә problem hәll etmәk bacarıqlarını inkişaf etdirmәk istәyәn istәnilәn şәxs.

 

Tәtbiq edilәn metod

GDG Professionals tәlimin iştirakçılar tәrәfindәn mükәmmәl mәnimsәnilmәsi, onların yaddaşlarına hәkk olunması vә nәticә olaraq öz fәaliyyәtlәri ilә şirkәtlәrinә daha çox dәyәr qata bilmәlәri üçün unikal yanaşma vә peşәkar metodlardan istifadә edir.

Bizim peşәkar tәlimçilәrimiz, o cümlәdәn iştirakçıların öyrәnmә üslublarını/tiplәrini vә tәlimә müvafiq qaydada adaptasiya olunmalarını nәzәrә alırlar.

Tәlim interaktiv olmaqla (“әqli hücum”, qrup şәklindә müzakirәlәr, “case-study”lәr) iştirakçıların öz düşüncәlәrini bölüşәrәk tәhlil vә müzakirәlәrini tәmin edәcәk formada tәşkil edilmişdir.

 

Tәlimin müddәti: 2 gün

Başlanma saatı: 9:00

1.Fasilә : 10:00-10:15

2.Fasilә : 11:30-11:45

Bitmә saatı: 13:00

Korporativ sifarişlәr olduğu tәqdirdә tәlimin vaxtı sifarışçinin istәyi әsasında günün ikinci hissәsinә razılaşdırıla bilәr.

 

Tәlimin keçirilmә ünvanı

GDG Professionals şirkәtinin ofisi: Bakı şәh,  Nobel prospekti 15, Azure biznes mәrkәzi, 9cu mәrtәbә, 50-ci ofis

Müştәrinin ofisi (müştәrinin istәyindәn asılı olaraq)


yazıl

0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Tәlimә yazılmaq

Tәlimә yazılmaq üçün sistemә daxil olmalısınız.

Scroll to Top